Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək

Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək

Tarix: 26 Oktyabr 2020 21:03

Dövlət torpaq kadastrı fondundan istifadə qaydaları və onun mühafizəsi qaydalarına dəyişiklik edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabineti "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, icra məmurlarına "İcra haqqında" Qanuna uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün fondun məlumat və materiallarından yazılı və ya elektron sorğu ilə istifadə hüququ veriləcək.

Qüvvədə olan qaydaya əsasən, fondun məlumat və materiallarından yazılı və ya elektron sorğu ilə istifadə hüququ sadəcə "Notariat haqqında" Qanununa uyğun olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün verilirdi.

Eyni zamanda, digər bir dəyişikliklə "İcra haqqında" Qanuna uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində də dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə ediləcək.


Etiketlər:  Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı elektron sorğu ilə istifadə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ