Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi

İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi

Tarix: 27 Oktyabr 2020 13:06

İşçilərin icbari tibbi sığortası işəgğtürənlər tərəfindən təmin ediləcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə yeni maddə ("Maddə 307-1. İşçilərin icbari tibbi sığortası) əlavə edilib. Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir.

Qanuna dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Etiketlər:  İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək Parlament təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ