Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır"

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır

Tarix: 27 Oktyabr 2020 16:27

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir. Hər gün qəhrəman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar alırıq.

Milli.Az bildirir ki, bunu Trend-ə  Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat deyib ki, müharibə eyni zamanda informasiya cəbhəsində də gedir:

"Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm döyüş meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Təcavüzkar Ermənistanın 27 sentyabr tarixindən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtdan bəri cənab Prezident dünyanın çoxlu sayda məşhur televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə dünya ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir. 25 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni ABŞ-ın məşhur "Fox News" televiziya kanalına vermişdir. Müsahibə vaxtı müxbirin hərbi əməliyyatların başlanması ilə bağlı sualını cavablandırarkən cənab Prezident demişdir: "Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi." Daha sonra cənab Prezident qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticə də işğal altında olan ərazilərin mühüm hissəsi azad edilib.

Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlk Şurasınınməlum qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunur du ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyri-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.

Müxbirin hümanitar atəşkəsin pozulması ilə əlaqədar sualını cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Azrbaycan Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri humanitar atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu.

Cənab Prezidentin ABŞ-ın məşhur "Fox News" televiziya kanalına verdiyi bu müsahibəsindən sonra həm qərb mediası həm də onun təmsilçisi anladı ki, Azərbaycan Prezidenti ona qarşı yönəlmiş ən mürəkkəb suallara belə verdiyi mükəmməl cavablarda dərin məntiqi və məlumatlılığı, yüksək intelektul səviyyəsi ilə qarşısındakı istənilən jurnalisti tərk-silah etməyə qadirdir. Cənab Prezident, Ali Baş Komandan növbəti dəfə sübut etdi və əyani şəkildə göstərdi ki, sadəcə döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında da xalqın və dövlətin maraqlarını ən yüksək səviyydə qorumaqda davam edir. Cənab Prezident öz xalqının maraqlarını və mənafeyini qürurla, ləyaqətlə qoruyur.

İnanırıq ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu tərəfindən işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad edilmiş digər yaşayış məntəqələrində qaldırılacaq".

Milli.Az


Etiketlər:  Azərbaycanın mövqeyi beynəlxalq hüquqa BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ