Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq

AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq

Tarix: 27 Oktyabr 2020 17:50

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin elan etdiyi müsabiqə yekunlaşıb.

Milli.Az bildirir ki, müsabiqənin qalibi "Azəraqrartikinti" ASC olub.

Müsabiqə üzrə şirkətə AMEA-nın Sumqayıt şəhərində Polimer Materialları İnstitutunun binasında yarımçıq qalmış təmir işlərinin davam etdirilməsi həvalə olunub.

Belə ki, şirkət tərəfindən cari işlərin aparılmasına 1 milyon 499,4 min manat sərf ediləcək.

Milli.Az


Etiketlər:  AMEA 15 milyon manatlıq təmir işləri aparacaq


RƏYLƏR