Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 19:00
Bakı. Nərgiz Sadıxova - Trend:
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə daha çox ziyan vurulmasının qarşısını alacaq.
Bunu Trend-ə BMT-nin Ətraf mühit üzrə Proqramının (UNEP) nümayəndəsi deyib.
O bildirib ki, BMT-nin baş katibi və İnsan haqları üzrə ali komissarın bəyan etdiyi kimi, məkandan asılı olmayaraq, mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi üçün beynəlxalq humanitar hüquq üzrə bütün öhdəlikləri yerinə yetirmək vacibdir:
“Biz BMT-nin döyüş əməliyyatlarının dərhal dayandırılması və ətraf mühitə daha çox ziyanın vurulmasının qarşısının alınması ilə bağlı çağırışını dəstəkləyirik”.