Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astronomlar Hubble teleskopu vasitəsilə qalaktik 'kannibalizm'-i müşahidə ediblər

Astronomlar Hubble teleskopu vasitəsilə qalaktik 'kannibalizm'-i müşahidə ediblər

Tarix: 27 Oktyabr 2020 19:40

Alimlərin sözlərinə əsasən 4 milyard ildən sonra bizim Süd Yolu qalaktikamız Andromeda qalaktikası ilə birləşəcək. Belə bir hadisənin baş verməsinə hələ çox uzun müddət qalsa da astronomlar bu cür hadisənin digər qalaktikaların iştirakı ilə necə baş verdiyini müşahidə edə biliblər. Belə ki, onlar böyük qalaktikanın özünə yaxın olan daha kiçik qalaktikanı necə udmasını təyin ediblər. Bu barədə Cnet saytı xəbər verib. Bir neçə müddət bundan öncə Hubble orbital teleskopu vasitəsilə edilmiş foto təqdim edilmişdi.

Həmin fotoda iki qalaktika əks olunub. Onlardan ən böyüyünün adı NGC 2798, daha kiçiyinin adı isə NGC 2799-dur. Fotodan da görmək olar ki, NGC 2798 qalaktikası özünə yaxın olan NGC 2799 qalaktikasının ulduzlarını öz daxilinə çəkir. Astronomlar bildiriblər ki, bu iki qalaktikanın birləşməsi hələ ilkin mərhələdədir. Yəni prosesin ən maraqlı hissəsi hələ qabaqdadır. Alimlər qeyd ediblər ki, iki qalaktikanın birləşməsi heç də tamamilə məhv olmaq demək deyil. Belə ki, planetlər ilə ulduzlar arasında məsafə çox böyükdür və buna görə də bu cür kosmik obyektlər iki qalaktikanın birləşməsini ümumiyyətlə hiss etməyə bilərlər.

Milli.Az


Etiketlər:  Astronomlar Hubble teleskopu vasitəsilə qalaktik kannibalizm i müşahidə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ