Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 12:30
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:
"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik" - deyə Qurbanov qeyd edib.
Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.