Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Tarix: 28 Oktyabr 2020 15:15

Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da bu ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.

Səfər noyabrın 3-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ