Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 17:39
Koreya Respublikasında yaşayan Azərbaycanlı gənclərin təşəbbüsü ilə Koreyanın müxtəlif şəhərlərində Ermənin işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.
Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.