Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 18:09
İran öz ərazilərini işğaldan azad etmək istəyən Azərbaycanın milyonlarla müsəlmanına hərtərəfli və səmimi şəkildə dəstək verməlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Mahmud Abbaszadə Meşkini parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, İran bir sıra fərqli mövqelərə görə, hakimiyyətin dərin strategiyasını düzgün şəkildə yerinə yetirməlidir.
Abbaszadə Meşkini əlavə edib ki, bu məsələdə İranın qeyrətli xalqı, xüsusilə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və digər vilayətlərdəki əhalinin emosiyaları və tələbləri nəzərə alınmalıdır.