Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 18:30
Dünənki qəddar hücumun ardından Ermənistan Azərbaycanın münaqişə zonasından kənarda olan Bərdə şəhərində dinc sakinlərə qarşı növbəti dəfə xaincəsinə hücum edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, hücum nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb:
"Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Azərbaycana başsağlığı və dözüm diləyirik. Ermənistanın uşaq demədən, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın dinc əhalini qorxutmaq və qətl etmək üçün yürütdüyü bu xain siyasət Xocalı soyqırımının arxasında yatan xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir. Bu son hücum Ermənistanın etdiyi və məsuliyyətə cəlb olunacağı hərbi cinayətlər siyahısında öz utanc yerini tutub. Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiya verməsinin vaxt çoxdan çatıb".