Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb

Tarix: 29 Oktyabr 2020 09:52

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 883 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54 obyekt çoxdur.

Bu barədə Sonxeber.net-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2020-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin sentyabrından 65 obyekt çoxdur.

2020-ci ilin sentyabr ayında Türkiyədə 136 744 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azdır.

2020-ci ilin sentyabr ayında Türkiyədə 5 269 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 26,1 faiz çoxdur.


Etiketlər:  Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ