Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 19:02
"Mançester Yunayted"in futbolçusu Markus Reşford Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna "Leypsiq"lə matçda (5:0) nail olub. Görüşün 63-ci dəqiqəsində meydana daxil olan oyunçu 74-cü dəqiqədə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez qol vurmağı bacaran futbolçu kimi tarixə düşüb.
Həmçinin ingiltərəli forvard qarşılaşmanın 78, 90+2-ci dəqiqələrində də fərqlənməklə het-trikə imza atıb.
Qeyd edək ki, Reşford 2016-cı ildən "qırmızı şeytanlar"da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.