Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 19:12
"Yuventus"dan 3 ay öncə ayrılan Maurisyo Sarri Turin klubu ilə davam edən müqaviləsinə xitam verməyə razılaşıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, klub sözləşməni ləğv etməyə görə 61 yaşlı mütəxəssisə 20 milyon avro ödəyəcək. Onun "Yuventus"la hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilədək hesablanır.
Çalışdırıcı komandadan Çempionlar Liqasının 1/8 finalında "Lion"a uduzmasına görə qovulmuşdu.
Qeyd edək ki, Sarri "Yuventus"dan ayrıldıqdan sonra baş məşqçi vəzifəsinə Andrea Pirlo təyin edilib.