Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fasilədə 11 dəyişiklik etmək istəyirdim” - Mourinyo

“Fasilədə 11 dəyişiklik etmək istəyirdim” - Mourinyo

Tarix: 30 Oktyabr 2020 14:52

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Antverpen"ə (Belçika) uduzan "Tottenhem"in baş məşqçisi Joze Mourinyo oyun haqda fikirlərini bildirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı 0:1 hesablı məğlubiyyətdə özünü günahlandırıb:

"Fasilədə 11 dəyişiklik etmək istəyirdim. Günahkar yalnız bir nəfər var, o da mənəm. Start heyəti üçün futbolçuları mən seçirəm. Fasilə zamanı vəziyyəti düzəltməyə çalışdım, amma bu, kifayət etmədi. İlk 45 dəqiqəyə nəzərən oyunun gedişatını dəyişdirmək çətin oldu. İkinci hissədə daha yaxşı oynadıq, ancaq rəqib də fərqli çıxış etdi. Sonda "Antverpen" layiq olduğu nəticəni əldə etdi. Meydandakı ən yaxşı komanda qalib gəldi".

Qeyd edək ki, "Tottenhem" J qrupunda 3 xalla 2-cidir. "Antverpen" isə 6 xalla liderdir.


Etiketlər:  Fasilədə dəyişiklik etmək istəyirdim Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ