Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Tarix: 31 Oktyabr 2020 05:20

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

03:34

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21-ə, yaralıların sayı isə 799-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yaralananlardan 364 nəfərin tibbi yardım gösətilib və onlar evə buraxılıblar, digərlərinin müalicəsi davam edir.

X X X

01:56

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə, yaralıların sayı isə 786-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

00:33

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 17-yə, yaralıların sayı isə 709-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

23:31

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

X X X

21:28

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 419-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilri ki, dağılmış və zərər görmüş 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

X X X

20:40

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 321 nəfərə çatıb, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

Bildirilri ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

X X X

19:16

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

17:57

Türkiyənin Təcili Yardım Xidməti zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb, 120 yaralının olduğu bildirilir.

Trend-in məlumatına görə, axtarış-xilasetmə tədbirlərinə helikopterlər də cəlb edilib

X X X
16.48

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Trend-in məlumatına görə, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

X X X

16:31

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Trend-in məlumatına görə, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

X X X
16.11

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Trend-in məlumatına görə, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image


Etiketlər:  İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb FOTOVİDEO ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ