Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 13:20
"Keşlə" növbəti transfer həyata keçirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi qapıçı Stanislav Namaşkoni heyətinə qatıb. Moldova milli komandasının üzvü olan futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, 10 noyabr 1986-cı il təvəllüdlü S.Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına da dəvət almaqla yanaşı, "Tiraspol" (Moldova), "Şerif" (Moldova), "Kuban" (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), "Dinamo-Avto" (Moldova), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Montenegro) klublarında da çıxış edib. Onun son klubu Monteneqro "Zeta"sı olub.
Xatırladaq ki, "Keşlə" bundan əvvəl Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizovi transfer edib.