Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 14:22
"Everton"un baş məşqçisi Karlo Ançelotti klubdan ayrılmaq niyyətində deyil.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisində uzun müddət qalmaq istədiyini deyib.
"Hər klubun öz məqsədi var. "Real"ın hədəfi kuboklar qazanmaqdır. "Everton" da Premyer Liqada rəqabət aparmaq və Avropa Liqasına düşmək istəyir. Bunlar bir az fərqli şeylərdir. Əlbəttə ki, biz də kuboklar qazanmaq istəyrik. Amma bu, "Everton"da çalışdığım digər TOP klublardan daha uzun müddət alacaq. Burada özümü çox yaxşı hiss edirəm. Əvvəlki klublarda olduğu kimi 2-3 ildən daha çox qalmaq istərdim. Bundan əlavə, ilk dəfədir ki, klubun sahiblər ilə tanş olduğum vaxt aydın iddialı və fərqli layihə görürəm. Müqavilə imzalamağımın səbəbi budur. Xoşbəxtəm. Yaşadığım və işlədiyim yeri sevirəm".
Qeyd edək ki, Ançelotti ötən ildən "Everton"u çalışdırır.