Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndərib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndərib

Tarix: 1 Noyabr 2020 17:36

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Biz sentyabrın 27-dən Azərbaycana qarşı başlayan, uşaqlar və yaşlı insanlar da daxil olmaqla, 90 mülki şəxsin ölümü ilə nəticələnən irimiqyaslı hərbi əməliyyatlardan hiddətləndiyimizi bildiririk.

Biz mülki vətəndaşların hədəfə alınmasını qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti BMT və ATƏT kimi beynəlxalq təşkilatları Azərbaycan Respublikasına hərtərəfli dəstək göstərməyə çağırırıq. Bir xalqın mədəni irsini hədəfə almağa heç bir şəkildə bəraət qazandırmaq olmaz. Ermənistanın mülki vətəndaşları, mülki obyektləri və tarixi abidələri davamlı olaraq hədəfə alması Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il UNESCO Haaqa Konvensiyası, Ümumdünya mədəni və təbii irsin qorunması haqqında 1972-ci il UNESCO Konvensiyası, Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyası, Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud pozuntusu və işğalçı ölkənin davam edən təcavüzkar siyasətinin göstəricisidir.

Biz - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bəşəri irsin tez bir zamanda xilas edilməsi üçün öz vəzifələrini yerinə yetirmələri və müdaxilə etmələri üçün BMT və UNESCO-ya müraciət edirik. Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini artırmalı və konstruktiv fəaliyyət göstərməlidirlər. Danışıqların beynəlxalq hüquqa əsaslanmaqla və beynəlxalq hüquqa hörmət edilməklə aparılması üçün beynəlxalq dəstək göstərilməlidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından insan tələfatı, Gəncə, Bərdə və Tərtər şəhərlərində mülki vətəndaşların, dəyərli mədəni abidələrin və obyektlərin qorunması məqsədilə bütün səylərlə həmrəyliyimizi göstəririk.

Cənab Prezident, xüsusi fəaliyyətlərinə görə həmsədrlərimiz xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə minnətdarlığımızı ifadə edirik.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiramımızı bildiririk".


Etiketlər:  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ