Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər

Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər

Tarix: 1 Noyabr 2020 21:52

Huawei şirkəti özünün HarmonyOS adlı əməliyyat sisteminin inkişafını aktiv şəkildə davam etdirir. Şirkət dəfələrlə qeyd edib ki, bu yeni ekosistem özündə təkcə smartfonları deyil həmçinin bir çox müxtəlif növ cihazı da birləşdirəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə öz smartfonlarını HarmonyOS-ə keçirtməklə Huawei şirkəti EMUI interfeysindən imtina edəcək. Bu barədə GSMarena saytı xəbər verib. Jurnalistlərlə olmuş müsahibə çərçivəsində Huawei şirkətinin proqram təminatı şöbəsinin rəhbəri Wang Chenglu bildirib ki, EMUI 11 interfeysi HarmonyOS ilə eyni struktura sahibdir. Bu isə o deməkdir ki, Huawei smartfonlarının yeni əməliyyat sisteminə keçid etmələrində heç bir problem olmayacaq. HarmonyOS ilə çalışan ilk Huawei smartfonunun gələn il satışa çıxacağı gözlənilir.

İnsayderlər isə xəbər veriblər ki, şirkət EMUI 12-nin təqdim olunmasını planlaşdırmır. Belə ki, sözügedən istifadəçi interfeysini HrmonyOS əvəz etməlidir. Daha əvvəllər şirkət HarmonyOS-in smartfonlar üçün nəzərdə tutulmuş əməliyyat sisteminin olmadığını və Android-in öz cihazlarında yayılması üçün Google ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etmiş olsa da sonradan məlum oldu ki, şirkət EMUI 11 interfeysi ilə çalışan Huawei smartfonlarını HarmonyOS-ə keçirtməyi planlaşdırır. Hal hazırda Huawei şirkətinin fərdi əməliyyat sisteminin beta versiyası televizorlarda istifadə olunur və digər cihazlarda test olunur. Perspektiv cəhətdən EMUI 11 vasitəsilə çalışan Huawei smartfonuna sahib istifadəçilər öz cihazlarını HarmonyOS 2.0-a kimi yeniləyə biləcəklər.

Milli.Az


Etiketlər:  Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ