Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocalı soyqırımının ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu

Xocalı soyqırımının ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu

Tarix: 3 Noyabr 2020 11:30

"Aramo" adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Ermənilər Xocalı qətliamının ən aktiv iştirakçısının ağır yaralandığını və tezliklə sağalması üçün dua etdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri, eyni zamanda xarici ölkələrdə xüsusi təlim keçmiş erməni terror və quldur birləşmələri "Arabo" və "Aramo" hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər. "Arabo" və "Aramo" terrorçuları dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər. Öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifin sözlərinə əsasən, şəhər "strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur". Müəllif "Arabo" və "Aramo" adlı iki erməni dəstənin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarlıqla öldürdüklərini təfərrüatları ilə təsvir edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları zamanı düşmən tərəfindən xeyli sayda yüksəkrütbəli hərbçilər məhv edilib. Qondarma rejimin "müdafiə naziri" və  digər generalların məhv edilməsi bunun bariz nümunəsidir.


Etiketlər:  Xocalı soyqırımının fəal iştirakçısı olan erməni polkovnik vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ