Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 15:12
Ermənistanda terrorçuların orduya cəlb olunması üçün qanun qəbul edilib
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Ermənistan parlamentində könüllü dəstələrin komandanlığının yaradılması haqqında qanun ikinci və yekun oxunuşda qəbul edilib.
Bununla da Ermənistan hakimiyyəti muzdluları "könüllü dəstələr" adı altında formalaşdırdığını qanuni formada etiraf edib. Parlamentin qəbul etdiyi sənədlə isə buna hüquqi don geyindirilib.
Bu həm də Ermənistan ordusunda xidmət edən və ya edəcək terrorçuların fəaliyyətinə də hüquqi baza yaradılmasına imkan verir.