Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı

“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı

Tarix: 5 Iyul 2019 18:00

“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Baş məşqçi Qurban Qurbanov 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu olmaqla 22 futbolçu sifariş edib.

Qapıçılar:
Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Donald Gerye

Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı

Hücumçu: Mahir Əmrəli

Xatırladaq ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.

Əlavə edək ki, "Qarabağ" mərhələ adlayarsa, sifariş ərizəsinə yeni oyunçular daxil edə biləcək.

 


Etiketlər:  Qarabağ Çempionlar Liqasına bu heyətlə gedir siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ