Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur - NK

Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur - NK

Tarix: 3 Noyabr 2020 18:51

Bakı. Trend:

Nazirlər Kabineti (NK) 434 №li Qərara dair izah verib. Qeyd edilib ki, bir sıra qərarlar qanunlara uyğunlaşdırılıb.

NK-dan Trend-ə bildirilib ki, qərarlar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanının qəbul edilməsi ilə bağlı hazırlanmışdır.

“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarına habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş təhsil müəssisələrinin nizamnamələrinə edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarında müvafiq dəyişikliklər edilmişdir.


Etiketlər:  Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ