Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Huffington Post'': Ermənistan silahlı qüvvələri Azərbaycanda mülki vətəndaşları və məktəbləri hədəfə alır

''Huffington Post'': Ermənistan silahlı qüvvələri Azərbaycanda mülki vətəndaşları və məktəbləri hədəfə alır

Tarix: 4 Noyabr 2020 12:09

Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən, əhalinin sıx məskunlaşdığı, eləcə də tarixi və mədəniyyət abidələri ilə zəngin olan Gəncə şəhəri, sənaye şəhəri Mingəçevir, Xızı, Abşeron, Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Beyləqan, Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub, nəticədə qadın və uşaqlarda daxil olmaqla, çox sayda mülki sakin həlak olub, evlər dağılıb. Erməni hərbçiləri Azərbaycanın əhalisinə və tarixi irsinə qarşı total müharibə aparır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsi səlahiyyətlərini icra edən Ayaz Qocayevin "Huffington Post" portalında dərc olunmuş məqaləsində yer alıb.

Məqalədə Ermənistanın silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən mülki obyektlərin, mülki infrastrukturun raket atəşinə tutulmasından, məktəblərin, tarixi və mədəniyyət abidələrinin, yaşayış binalarının, fərdi evlərin dağıdılması haqqında məlumat verilib.

A.Qocayev erməni silahlı qüvvələrinin müharibə cinayətlərini, o cümlədən Azərbaycanın mülki əhalisinin hədəfə alınmasını pisləyib. Qeyd edib ki, bununla Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.

Diqqətə çatdırılıb ki, Qarabağ münaqişəsi ilə bağlı məlumatlarda qərəzliliyə yol verilməməlidir. İnsan hüquq müdafiəçiləri zərərçəkən Azərbaycan xalqının səsini eşitməli, qətlə yetirilən insanların yaxınlarına və yaralanan mülki şəxslərə, müharibə səbəbindən qaçqın çevrilən ailələrə dəstək və yardım göstərməlidirlər.


Etiketlər:  Huffington Post Ermənistan silahlı qüvvələri Azərbaycanda mülki vətəndaşları məktəbləri hədəfə alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ