Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 17:42
"Facebook" şirkəti Azərbaycanın xəritəsi ilə bağlı səhvini düzəldib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bundan əvvəl bu sosial şəbəkə platformasında Azərbaycanla bağlı axtarışlar zamanı çıxan xəritədə Dağlıq Qarabağ ərazisi münaqişə zonası kimi qeyd edilmişdi.
Lakin son günlərdə aktiv sosial şəbəkə istifadəçiləri tərəfindən şirkətə edilən müraciətlər nəticəsində "Facebook" öz platformasında Azərbaycanın xəritəsində düzəlişlər edib və Dağlıq Qarabağ münaqişə zonası çərçivəsindən çıxarılıb.