Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 23:30
Koronavirusa yoluxmuş və immunitet qazanmış insanlarda saxta təhlükəsizlik hissi olmamalıdır. Özünüzü infeksiyadan qorumağa davam etməlisiniz.
Sonxeber.net xəbər verir ki, bu sözləri immunoloq-allerqoloq Vladimir Bolibok söyləyib. Mütəxəssis immunitetin meydana gəlməsinin xəstəliyin gedişatının şiddətindən asılı olduğunu bildirib. Lakin onu da əlavə edib ki, xəstəliyi həm ağır, həm də yüngül keçirən insanlar risk altındadır.
Bədənin peyvəndə reaksiya göstərməsi və antikor titrini qaldırması üçün mütəxəssis hər ehtimala qarşı vaksin vurdurmağı tövsiyə edib:
"Hətta xəstəliyi keçirən və antikorları olan insanlar üçün revaksinasiya rolunu oynayacaq. Onlar daha çox müdafiə qazanacaq. Yüngül bir koronavirus xəstəliyinə tutulmuş insanlarda antikor titri azdır, peyvənd onu artıracaq və bədəni qoruyacaq. Ancaq çox ağır formada xəstələnənləri qorunmur, çünki müalicə zamanı yüksək dozada steroid hormonları qəbul edirlər". (publika.az)