Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 08:18
Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri III turun matçına səfərdə çıxacaq.
Ağdam təmsilçisi Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk dövrəni xalsız bitirməmək üçün mübarizə aparacaq.
Təl-Əvivdə "Makkabi"yə 0:1, İstanbulda "Vilyarreal"a 1:3 hesabı ilə uduzan "Qarabağ" qardaş ölkədə ardıcıl ikinci matçında uğur qazanmaq üçün çalışacaq. 1/16 final şansını çətinə salmamaq üçün Qurbanovun yetirmələri qələbə qazanmalıdır. İstənilən xal itkisi ağdamlıların qrupdan çıxmaq ehtimalını minimuma endirəcək.
Sivas təmsilçisi də eyni durumda olduğundan meydana qələbə üçün çıxacaq. Bu, müdafiədə etibarlı oynamağa borclu olan "Qarabağ"ın meydan sahiblərini cəzalandırmasına əlavə imkan yarada bilər.
Sivasdakı "Yeni 4 Eylül" stadionundakı görüş ağdamlıların qardaş ölkə təmsilçiləri ilə ilk dueli olacaq. İndiyədək türkiyəlilərlə qarşılaşmayan "Qarabağ" ilk sınaqdan üzüağ ayrılmaq əzmindədir. Hər halda iki matçda 7 qol buraxan rəqibin müdafiəsindəki çatışmazlıqlar Qurbanovun da diqqətindən yayınmayıb. Təcrübəli mütəxəssisin yetirmələri bu boşluqları meydanda taparaq yararlanmalıdır.
Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Avropa Liqası
İ qrupu, III tur
5 noyabr
21:55. "Sivasspor" (Türkiyə) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. "Yeni 4 Eylül" stadionu
1 |
Vilyarreal |
2 |
2 |
0 |
0 |
8-4 |
6 |
2 |
Makkabi |
2 |
2 |
0 |
0 |
3-1 |
6 |
3 |
Sivasspor |
2 |
0 |
0 |
2 |
4-7 |
0 |
4 |
Qarabağ |
2 |
0 |
0 |
2 |
1-4 |
0 |