Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda üç nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

Bakıda üç nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

Tarix: 5 Noyabr 2020 08:44

Bakının Xətai, Xəzər və Yasamal rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Xətai rayonundakı hadisə Sadıq Orucov küçəsində qeydə alınıb.

29 yaşlı Məmmədov Vasif Yusif oğlunu minik avtomobili vurub. V.Məmmədov ağır kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri alıb.

Piyada vurulması ilə nəticələnən digər hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığından keçən 1975-ci il təvəllüdlü Salmanova Dürdanə Xəqani qızını da minik avtomobili vurub. Piyada ağır xəsarətlər alıb.

Analoji hadisə Xəzər rayonunda da baş verib. 1979-cu il təvəllüdlü Xəlilova Validə Rayəddin qızını nəqliyyat vasitəsu vurub.

Hər üç hadisədə xəsarət alanlar 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Etiketlər:  Bakıda üç nəfəri avtomobil vurub vəziyyətləri ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ