Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu - “VICE News” jurnalisti (FOTO)

Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu  - “VICE News” jurnalisti (FOTO)

Tarix: 5 Noyabr 2020 10:52

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyət Azərbaycan hökumətinə hərbi əməliyyatları dayandırmaq tələbi ilə bağlı ictimai təzyiqə gətirib çıxarmadı, bunun tam əksi oldu.

Trend-in məlumatına görə, bunu “VICE News” nəşrinin müxbiri, Ermənistanın Bərdə şəhərinə raket zərbəsini işıqlandırmış Hind Həsən öz “Instagram” səhifəsində yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması zamanı onu daha çox üzləşdiyi bütün əziyyətlərə baxmayaraq Azərbaycan xalqının döyüşkən ruhu heyrətləndirib:

“Müharibənin ən böyük qurbanlarının dinc sakinlər olduğunu görmək ürək ağrıdır, amma burada münaqişənin insani dəyəri cəmiyyətin hökumətə qarşı olmasına gətirib çıxarmadı, tam əksinə, Azərbaycan sakinləri deyir ki, 27 il ərzində diplomatik yolla münaqişənin həllini tapmaq cəhdləri nəticə verməyib və işğal nəticəsində öz evlərini tərk etmiş 700 mindən çox şəxs öz yurduna qayıtmalıdır”.

Jurnalist, həmçinin öz yazısına dörd fotoşəkil də əlavə edib.

Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu  - “VICE News” jurnalisti (FOTO) - Gallery Image Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu  - “VICE News” jurnalisti (FOTO) - Gallery Image Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu  - “VICE News” jurnalisti (FOTO) - Gallery Image Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu  - “VICE News” jurnalisti (FOTO) - Gallery Image


Etiketlər:  Məni çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu VICE News jurnalisti FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ