Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 21:32
""Honor of Kings" mobil oyunu son bir ayda 160 milyon dollar gəlir əldə edib, bu da illik 2 milyard dollara yaxın gəlir deməkdir. Söhbət bir mobil oyun application-dan gedir".
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu startapçı Orxan Rzayev özünün Feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, oyunun sahibi Çinin məşhur "Tencent" şirkətidir. Cəmi 22 yaşı olan "Tencent"in illik gəliri 50 milyard dollardır.
Məlumat üçün bildirək ki, Tencent şirkətinin əsas səhmdarı "Naspers Limited" şirkətidir. Bu şirkət Cənubi Afrika Respublikasında yerləşir.