Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 18:04
"Mançester Yunayted" həftəsonu baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Premyer Liqanın VIII turunda "Everton"la keçiriləcək görüşün Ole Qunnar Sulşerin bu postda son matçı olması gözlənilir.
"Tottenhem"in sabiq çalışdırıcısı Maurisio Poçettino ilə danışıq aparan klub rəhbərliyi "Everton" üzərində qələbə qazanılmayacağı təqdirdə Sulşeri istefaya göndərmək qərarına gəlib.
Qeyd edək ki, "Everton" - "Mançester Yunayted" oyunu sabah baş tutacaq. "Qırmızı şeytanlar" 6 oyunda topladığı 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.