Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus xəstələrində qeyri-adi simptom aşkarlandı

Koronavirus xəstələrində qeyri-adi simptom aşkarlandı

Tarix: 6 Noyabr 2020 23:06

Koronavirus infeksiyasının əlamətlərindən biri də qulaq tıxanmasıdır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya türkiyəli alimlərin araşdırmasına istinad edərək məlumat verib.

"Qulaq tıxanması COVID-19-un nadir simptomu deyil. Qulaq tıxanması xəstəliyin yüngül forması olan xəstələrin təxminən 12%-də qeydə alınıb, bu simptom xəstəliyi orta və ağır keçirənlərin təxminən 3%-də tapılıb", - rusiyalı ekspert qeyd edib.

Onun sözlərinə görə, qulaq tıxanması kəskin respirator xəstəliklərdə baş verə bilər. Ekspert qeyd edib ki, narahatlıq bir neçə gün ərzində keçməzsə, qulaq-burun-boğaz həkiminə müraciət etməlisiniz. Uzun müddət qulaq tıxanması ciddi fəsadlara səbəb ola bilər - meningit, ensefalit və beyin absesi. (publika.az)

Milli.Az


Etiketlər:  Koronavirus xəstələrində qeyri adi simptom aşkarlandı


RƏYLƏR