Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 11:30
"Barselona" prezidentliyinə namizəd Toni Freyşa komandanın kapitanı Lionel Messi və digər oyunçuların müqavilələrini yeniləmək variantı haqda danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, futbolçularla yeni müqavilə imzalamaq üçün maaşlarının azaltmalı olduğunu deyib:
"Messi ilə sakit, üz-üzə danışacağıq. Messi, eyni zamanda müqaviləni yeniləməsi və ya imzalaması lazım olan bütün oyunçulara gəldikdə, bir təklif təqdim edəcəyik. Bu da əlbəttə ki, indiyədək olan şərtlərə cavab verməyəcək. Çünki gəlir xeyli azalıb və başqa bir düstur tapmaq lazım olacaq ".
Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayı başa çatır.