Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ən dəqiq simptomları açıqlandı

Koronavirusun ən dəqiq simptomları açıqlandı

Tarix: 7 Noyabr 2020 15:18

Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş pulmonoloqu Sergey Avdeev koronavirusun dəqiq simptomlarını açıqlayıb. O, bu barədə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində COVID-19-la bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, baş pulmonoloqun fikrinə görə, koronavirus xəstələrinin 90 faizində hərarət 37,5 dərəcədən yuxarı olur.

"Mən ikinci yerdə ümumi zəifliyi və əzginliyi qeyd edərdim ki, xəstələrin təxminən 40 faizində belə hallar müşahidə olunub. Bundan başqa, virusa yoluxanların 40 faizində öskürək, 30 faizində nəfəs darlığı, 20 faizində baş ağrısı və təxminən 10 faizində boğaz ağrısı qeydə alınır", - deyə mütəxəssis bildirib.


Etiketlər:  Koronavirusun dəqiq simptomları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ