Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şuşa azad edilib, Azərbaycanın qələbənin bir addımlığındadır'' - Sergey Markov

''Şuşa azad edilib, Azərbaycanın qələbənin bir addımlığındadır'' - Sergey Markov

Tarix: 8 Noyabr 2020 16:42

Azərbaycan Prezidenti İlham Əliyev elan edib ki, Azərbaycan ordusu Şuşanı azad edib. Bu, müharibənin başlıca məqamıdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, bundan sona demək olar ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatıb:

"İndi Ermənistan üçün müharibəni dayandırmaq şansı var. Əgər Paşinyan Ermənistan ordusunu Dağlıq Qarabağdan çıxarmaq əmri versə, hərbi əməlyyatlar dayanacaq və sülh danışıqları başlayacaq. Əks təqdirdə müharibə mühasirəyə alınmış erməni qoşunlarının məhv edilməsinə çevriləcək. Qırğın heç kimə lazım deyil".

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə dinc ermənilərin Azərbaycan ərazisində rahat qala biləcəklərini, onlara heç bir təhdidin olmadığını vurğulayıb:

"Azərbaycan müasir çoxmillətli və çoxməzhəbli ölkədir, əsas ideologiyası multikulturalizmdir və burada 30 minədək erməni yaşayır. Burada bütün xalqlar güclü dövlətin müdafiəsi altındadır".

O əlavə edib ki, Dağlıq Qarabağda müharibə istənilən halda tezliklə başa çatacaq:

"Hamıya aydındır ki, yaxın zamanlarda Azərbaycan bütün Dağlıq Qarabağ ərazisində öz suverenliyini tam bərpa edəcək. Prezident İlham Əliyevin Dağlıq Qarabağın xilaskarı kimi Azərbaycanın milli qəhrəmanına çevrilir. Azərbaycan tam qələbənin bir addımlığındadır".


Etiketlər:  Şuşa azad edilib Azərbaycanın qələbənin addımlığındadır Sergey Markov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ