Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 17:33
Öz ərazilərini azad etməklə Azərbaycan xalqının oğulları qanunu və ədaləti bərpa edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə livanlı tarixçi Əli Bekraki deyib.
O qeyd edib ki, Şuşa şəhərinin azad edildiyi gün xalq və ordunun sıx birləşdiyi gündür:
"Biz Azərbaycan dövlətini və Azərbaycan xalqını tarixi torpaqların qaytarılması, BMT qətnamələrinin tələb etdiyi hadisənin baş verməsi münasibətilə təbrik edirik. Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən azad edildiyi gün tarixi və əlamətdar gündür".