Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir tərəfdə vəhşi, vandal Ermənistan, digər tərəfdə humanist, tolerant Azərbaycan

Bir tərəfdə vəhşi, vandal Ermənistan, digər tərəfdə humanist, tolerant Azərbaycan

Tarix: 16 Noyabr 2020 12:12

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin yerinə yetirilməsi deməkdir. O qeyd edib ki, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməyib:

"İşğal altnda olduğu müddətdə Ermənistan tərəfindən Kəlbəcərdə qeyri-qanuni məskunlaşma həyata keçirilmişdi ki, bu da bütün beynəlxalq hüquq normalarına tamamilə ziddir. 1993-cü ildə Kəlbəcər işğal edilərkən Ermənistan Azərbaycan əhalisinn oradan salamat çıxmasına imkan vermirdi, 500-dən artıq dinc sakin öldürülmüşdü. İnsanlar soyuqda ayaqyalın, heç bir nəqliyyat olmadan, əşyalarını götürə bilmədən qaçaraq canlarını qurtarmağa çalışırdılar və erməni quldurları mülki Azərbaycan əhalisini qaçdığı yerdə atəşə tuturdu.

Bu gün erməni vandalları Kəlbəcərdən çıxarkən evləri yandırırlar, dam örtüklərini, hətta unitazları belə özlərinə məxsus olmayan evlərdən söküb aparırlar. Eyni zamanda erməni vandalları meşələrə od vurub yandırırlar. Bu, erməni vəhşiliyidir, erməni vandallığıdır. Baxmayaraq ki, Azərbaycan humanizm nümayiş etdirərək ermənilərin Kəlbəcərdən çıxmasına xeyli vaxt verib, amma onlar yenə öz vəhşiliklərini, barbarlıqlarını nümayiş etdirirlər. Bütün bunlar bir daha Azərbaycanla Ermənistanın fərqini göstərir. Bir tərəfdə vəhşi, vandal, faşist Ermənistan, digər tərəfdə isə humanist, tolerant Azərbaycan".


Etiketlər:  tərəfdə vəhşi vandal Ermənistan digər tərəfdə humanist tolerant Azərbaycan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ