Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin iki üzvü koronavirusa yoluxdu

Millimizin iki üzvü koronavirusa yoluxdu

Tarix: 16 Noyabr 2020 15:44

Milli komandamızın iki futbolçusunun verdiyi COVİD-19 testi müsbət çıxıb.

Sonxeber.net xəbər verir ki, bu barədə sport24.az-a məlumatı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla verib.

Həmsöhbətimiz futbolçuların adlarını açıqlamaqla yanaşı, onların Xorvatiyada özünütəcrid rejimində qaldığını bildirdi: "Təmkin Xəlilzadə və Rahil Məmmədovun hərarəti var idi. COVİD-19 testləri müsbət nəticələndi. Bu səbəbdən də hər iki futbolçu Xorvatiyada özünütəcrid rejimində qaldı.

Bu barədə Azərbaycan respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin diqqət mərkəzindədir. Hər iki futbolçu mütəmadi həkim nəzarəti altındadır. İlk nəticəsi mənfi çıxacaq test qeydə alındıqdan sonra həm Təmkin, həm də Rahil Xorvatiyadan Vətənə dönəcəklər. Məsələylə bağlı hər iki futbolçunun məxsus olduqları "Sabah" və "Qarabağ" klublarına da müvafiq məlumat verildi. Futbolçuların özünütəcrid rejimində qaldıqları müddət bütün xərcləri AFFA tərəfindən qarşılanır".


Etiketlər:  Millimizin üzvü koronavirusa yoluxdu


RƏYLƏR