Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 06:28
Bakı. Trend:
Kolumbiyanın San Andres və Providensiya departamentinin 75 mindən çox sakini beşinci kateqoriya "Yota" qasırğası səbəbindən elektrik enerjisiz qalıb.
Trend-in məlumatına görə, bu baredə regionun qubernatoru Evert Hokins öz "Twitter" səhifəsində bildirib.
Qubernator yazib: "Arxipelaqda elektrik enerjisi yoxdur".
O əlavə edib ki, Providensiya bələdiyyəsi ilə əlaqə kəsilib: "Mobil və peyk telefonları işləmir".