Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 21:52
"Hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirdik. Komanda gündə iki dəfə məşq edir. Fiziki yüklənmədən sonra futbolçuları oyunda yoxlamaq istəyirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov klubun rəsmi saytına açıqlamasında deyib. "Zirə" ilə yoxlama oyunu barədə fikirlərini bölüşən mütəxəssis 5:3 hesablı qələbəni şərh edib:
"Hər hissədə fərqli heyətlərə şans verdik. Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi. Əsas olan hərəkətlilik idi. Məncə, futbolçular fiziki yüklənməyə rəğmən normal təsir bağışladılar. Sevindiricidir ki, əvvəlkindən fərqli olaraq qol fürsətlərini dəyərləndirə bildik".