Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ilə Azərbaycan arasında “Qardaşlaşmış Xəstəxana” memorandumu imzalanıb

Türkiyə ilə Azərbaycan arasında “Qardaşlaşmış Xəstəxana” memorandumu imzalanıb

Tarix: 17 Noyabr 2020 15:18

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə TƏBİB arasında qarşılıqlı çoxistiqamətli əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası höküməti arasında "Səhiyyə və Tibb Elmləri sahəsində" əməkdaşlıq sazişini rəhbər tutaraq "Qardaşlaşmış Xəstəxana" memorandumu imzalanıb.

Memorandum ilkin mərhələdə Kliniki Tibbi Mərkəz və Gülhanə Təhsil və Tədqiqat Xəstəxanası, eyni zamanda K.Fərəcova adına Pediatriya İnstitutu və Ankara Şəhər Xəstəxanasının Uşaq Xəstəxanasını əhatə edib.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Səlami Kılıç, Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev, Ankara Şəhər Xəstəxanasının Uşaq xəstəxanasının baş həkimi Prof.Dr. Emrah Şenel, Kliniki Tibbi Mərkəzin direktoru İlham Qafarov, Gülhanə Təhsil və Tədqiqat xəstəxanasının baş həkimi Serkan Gökkaya imzalanma mərasimində iştirak edib.


Etiketlər:  Türkiyə ilə Azərbaycan arasında Qardaşlaşmış Xəstəxana memorandumu imzalanıb


RƏYLƏR