Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 16:02
Bakı. Trend:
Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur, regionda vəziyyət stabilləşir.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələrinin sammitində deyib.
O bildirib ki, sentyabr ayında kəskinləşmiş Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün Rusiya ciddi səylər göstərdi:
“Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 10-da atəşin dayandırılması və Dağlıq Qarabağda rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə razılaşmalar əldə olundu”.
Prezident əlavə edib ki, əldə olunan razılaşmalara əməl olunur:
“Döyüş əməliyyatları tamamilə dayandırılıb, vəziyyət stabilləşir. Beləliklə, münaqişənin ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqları çərçivəsində uzunmüddətli və tamformatlı tənzimlənməsi üçün şərait yaradılıb”.