Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 16:28
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 66 obyekt çoxdur.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə, 2020-ci ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin sentyabrından 12 obyekt çoxdur.
2020-ci ilin oktyabr ayında Türkiyədə 119 574 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır.
2020-ci ilin sentyabr ayında Türkiyədə 5 258 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 23,1 faiz çoxdur.