Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamamber və bri pendirləri

Kamamber və bri pendirləri

Tarix: 17 Noyabr 2020 23:57

Kamamber və bri Normandiyalıların və Fransızların inək südündən hazrıladıqları pendirdir. Kamamber ən qədim fransız pendirlərindəndir. Bri pendiri də məşhur kamamber pendirinin bənzəridir. Bu pendirlərin nə zamandan və kimlər tərəfindən hazırlanması barədə heç yerdə məlumatlara rast gəlinməmişdir. Yanlız onların orta əsrlərdə ən məşhur pendir olmaları barədə məlumatlar var. Bu pendirlər barədə ilk dəfə 744-cü ildə yazılmış məlumatlar var. Belə ki, 744-cü ildə Fransa kralı bu pendiri yeyərkən "Bu mənin ömrümdə yediyim ən dadlı yeməkdir." söyləmişdir. 1815-ci ildə isə bri pendiri Fransada pendirlərin kralı adına layiq görmüşdür. 100 qram kamamaber və bri pendirinin qida dəyəri:
- Zülallar - 21 qr
- Yağlar - 23 qr
- Su - 55 qr
- Kalori - 291 kKal.
Kamamber pendirinin bir standart dairəvi ölçüdə olan qəlibdə, iki litr inək südü ilə hazılanır. Süd dairəvi formada pendir qəlibinə tökülür və üzərinə duz əlavə edilib kənarlarından orta hissəyə doğru qarışdırılır. Sonra qəlibin üstü yumşaq məxmərəbənzər qatla örtülür. Süd kiflədikcə pendirə dönməyə başlayır. Əsil kamamber pendiri uzun müddət saxlanılmır. Onu tam bərkiməmiş tədarük edirlər. Onun göbələk qoxusuna bənzər zərif qoxusu olur. O çox yumşaq olur və sərt şərabla içilir. Bri yumşaq pendirlərdəndir və onu yanlız inək südü ilə hazırlayırlar. O 30-60 sm diametrdə,
3-5sm qalınlığında olan və üst-üstə yığılmış ləçəklərdən ibarət bir formada olur. Ən yaxşı bri pendirinin üstü ağ qalın qatla örtülmüş olur. Bri pendiri bir ay müddətinə əmələ gəlir. Onu bir aydan əvvəl kəsmək məsləhət deyil. Bu pendirin xarici qatı ağ, daxili qatı isə sarı və ya qırmızı rəngdə olur. Bri pendiri öz xüsusi qəlibində duzlandığı üçün dairəvi formada olur və kənardan 20-30 diametr ölçüdə olan torta bənzəyir. Təzə bri pendiri yumşaq və zərif olur. Bu pendir nə qədər çox saxlanılarsa, bir o qədər bərk olur. Onun hazırlanması əl işi hesab olunur. Bu pendiri sənaye müəssisələrində hazırlamaq mümkün olmur. Bri pendirinin 46%- mayedən, 30% yağdan və 21% zülallardan ibarət olur.
Keyfiyyətli pendir orqanizm üçün çox faydalıdır. Onun tərkibində 8 növ əvəzolunmaz amin turşuları, çoxlu midqarda vitaminlər var. Tərkibində olanlar pendirin karies əleyhinə təsir etdiyini sübut edir. Tərkibində olan kiflər isə onun daha da dadlanmasına səbəb olur.
Pendirin əmələ gəlməsində maya və kif göbələklərinin rolu çox böyükdür. Bu kiflər isə orqanizm üçün faydalı olan kiflərdəndir.
Türk alimləri insan dərisində də xüsusi kiflərin olması barədə araşdırmalar aparmışlar. Alimlər bu kiflərin günəş vannası qəbul edərkən insan dərisini gün yanıqlarından qoruduğunu sübut etmişlər. Araşdırmalar orqanizm üçün lazım olan kiflərin melanin ifrazını artırmasına səbəb olduğunu söyləyirlər.
Kamamber və bri pendirinin zərərli xüsusiyyətləri
Piylənmə, yüksək təzyiq və qanda xolesterinin miqdarının çox olduğu dövrlərdə kamamber və bri pendiri yemək tövsiyə edilmir.
Penisillinə allergiyası olanlara və göbələk xəstəliklərindən əziyyət çəkənlərə bu pendirləri yemək məsləhət görülmür. Az yaşlı uşaqlara və hamilə qadınlara listerioz səbəbindən bu pendiri yemək tövsiyə edilmir.


Etiketlər:  Kamamber pendirləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ