Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 17:12
Türkiyənin öz hərbçilərini Azərbaycana göndərməsi Ankaranın suveren qərarıdır.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Türkiyə parlamentinin qoşunların Azərbaycana göndərilməsi haqqında qərarı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Qarabağla bağlı üçtərəfli bəyanata təsir edir?" sualına rusiyalı diplomat belə cavab verib: "Xeyr. Bu onun suveren qərarıdır, hansı ki, görünür türkiyəli hərbçilərin sülhməramlı mərkəzdə rusiyalı hərbçilərlə birgə iştirakı ilə bağlıdır. Rusiya və Türkiyə hərbçiləri birlikdə razılaşmanın həyata keçirilməsi ilə bağlı vəziyyətin texniki müşahidəsi ilə məşğul olacaqlar".