Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda bu günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi

Qarabağda bu günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi

Tarix: 18 Noyabr 2020 20:30

Sentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

"Dünən axşam etibarilə bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib" - deyə, o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir.

Milli.Az


Etiketlər:  Qarabağda günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ