Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Füzulidə dağıntıların miqyası Ermənistanın sivil dünyadan nə qədər uzaq olduğunu göstərir - VİDEO - FOTO

Hikmət Hacıyev: Füzulidə dağıntıların miqyası Ermənistanın sivil dünyadan nə qədər uzaq olduğunu göstərir - VİDEO - FOTO

Tarix: 18 Noyabr 2020 22:33

"Füzulidə yalnız binanın fasadı qalıb. Azərbaycanın işğaldan azad edilən Füzuli bölgəsindəki dağıntıların miqyası Ermənistanın sivil dünyadan nə qədər uzaq olduğunu göstərir. Bu vandalizm və barbarlıqdır".

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter-də yazıb.

"Bura tropik meşə və ya cəngəllik deyil. Eyni zamanda qiyamət şəhəri deyil. Bura Azərbaycanın Füzuli şəhərinin xarabalıqlarıdır. Yerlə yeksan edilib. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmini görsün. Bu mülkiyyətin, mədəni irsin qəsdən məhv və talan edilməsidir.

455-ci ildə Roma şəhəri Vandallar adlanan qəbilələr tərəfindən yandırılaraq talan edildi. Onların nüfuzu bütün tarix boyu məhv etmə - Vandalizm əməlləri ilə sinonim olaraq möhürlənib. Ermənistanın bir vaxtlar çiçəklənən Füzuli şəhərini məhv etdiyini gördükdən sonra vandalizmin yeni sinonimi yaranıb" - deyə, o bildirib.


Etiketlər:  Hikmət Hacıyev Füzulidə dağıntıların miqyası Ermənistanın sivil dünyadan qədər uzaq olduğunu göstərir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ