Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 12:30
Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur.
Sonxeber.net bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, Qələbədən sonra insanlar sevinclərini paylaşmaq üçün toplaşır. Eyni zamada, şəhidlərin dəfn mərasimləri keçirilir:
"Bu hallarda da insanlar arasında ara məsafə itir. Belə məkanlarda maskanın ya qətiyyən, ya da doğru istifadə olunmadığını müşahidə edirik. Təbii ki, belə yerlərdə virusun yayılma riski çox yüksəkdir".