Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 14:42
Bakı. Trend:
Bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avto nəqliyyat vasitəsinin 16-ı artıq Bakıya gətirilib, qalanları da ilin sonuna kimi gətiriləcək.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaqdır. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.